Son Dövrün Ən Məşhur San Sebastian Çizkeyki

Yields: 1 Serving

San Sebastian – İspan mətbəxinə aid olan və son dövrün ən məşhur çizkeyklərindən biridir. Az məhsulla və olduqca asan hazırlanan çizkeyk maraqlı görünsə də dad baxımından sizin təqdirinizi qazanacaq. Evdar.az dadlı çizkeykin reseptinit təqdim edir.

Tərkibi:

  • 1 kq krem pendir
  • 320 qr (1,6 stəkan) şəkər tozu
  •  6 ədəd yumurta
  • 480 ml duru qaymaq
  • 2 xörək qaşığı un

Hazırlanma qaydası:

Bir qabda krem pendirin üzərinə şəkər tozu əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları bir-bir əlavə edib tel çırpıcıyla çırpmağa davam edin. Qabarcıqlar əmələ gəlməsin deyə mikserdən istifadə etməyin! Duru qaymağı da əlavə edib qarışdırın. Unu da ələyərək əlavə edib və tel çırpıcıyla yaxşıca qarışdırın. Diametri 24-26 sm olan qəlibin kənarlarına və alt hissəsinə yağlı kağız sərin. Kütləni qəlibə töküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Çizkeyki sobadan götürüb soyuması üçün kənara qoyun. Soyuyan çizkeykin orta hissəsi çökəcək, bu sizi qorxutmasın, belə də olmalıdır. Təxminən 1 saat otaq temperaturunda soyutduqdan sonra 1 gecəlik və ya 4-5 saatlıq soyuducuya yerləşdirin. Çzkeykin üzərini zövqə görə sousla bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.