Son Günlərin Trendi – Tik-Tok Qəhvəsi

Yields: 1 Serving

Tik-Tok qəhvəsi, son günlərdə internetdə ən çox axtarılan mövzulardan biri oldu. Azərbaycanda da ən çox istifadə edilən sosial media tətbiqlərindən “Tik-Tok”da yayılan və “Tik-Tok” qəhvəsi kimi məşhur olan Dalgona qəhvəsi hər kəsi maraqlandırır. Evdar.az son günlərin trendi Tik-Tok qəhvəsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 4 xörək qaşığı qəhvə
  • 4 xörək qaşığı şəkər tozu
  • 4 xörək qaşığı isti su
  • 2 stəkan soyuq süd
  • bir neçə kub buz

Hazırlanma qaydası:

Qəhvə və şəkər tozunu bir kasaya töküb üzərinə suyu əlavə edin. Tel çırpıcıyla 15 dəqiqə ara vermədən çırpın. İstəsəniz mikser istifadə edə bilərsiniz. Bu müddətin sonunda qəhvəniz açıq rəngli və krem kimi köpürülmüş olacaq. Qəhvəniz tökəcəyiniz stəkanlara bir neçə kub buz qoyun. Südü stəkanlara bölüşdürün. Üzərinə qəhvə kremini də əlavə edib buz ərimədən içə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.