Sovet Dövrünün Məşhur Hədiyyə Tortu

Yields: 1 Serving

Hədiyyə tortu-adı və dadı hamıya tanış olan, Sovet dövrünün ən məşhur şirniyyatlarındandır. Evdar.az dadlı “Hədiyyə” tortunun reseptini təqdim edir.

Tərkibi:

Biskvit üçün:

  • 4 ədəd yumurta
  • 120 qr un
  • 120 qr şəkər tozu
  • 1 çimdik vanil

Kremi üçün:

  • 1 ədəd yumurta
  • 125 qr şəkər tozu
  • 80 ml süd
  • 150 qr kərə yağı

Sirop üçün:

  • 100 qr şəkər tozu
  • 110 ml qaynar su

Üzəri üçün:

  • 120 qr araxis

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta ağını şəkər tozunun yarısıyla mikserlə yaxşıca çırpın. Başqa bir qabda yumurta sarısını qalan şəkər tozu və vanillə çırpın. Çırpılmış yumurta ağını sarısıyla birləşdirin. Unu yumurta kütləsinin üzərinə ələyin və ehtiyyatla qarışdırın. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə töküb yayn. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin. Bişən korju sobadan çıxarın və 15 dəqiqə soyudun. Soyuyan korju formadan çıxarın və yaxşıca soyuyan korju 2 hissəyə ayırın.
Kremi hazırlamaq üçün bir qabda yumurtanı şəkər tozuyla qarışdırın. Üzərinə süd töküb tel çırpıcıyla çırpın. Orta ocaqda qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürüb bir az soyudun və üzərinə salafan keçirib (üstü qabıq tutmasın) yaxşıca soyudun. Kərə yağını mikserlə çırpın. Dayanmadan qaşıq-qaşıq soyuyan südlü qarışıqdan əlavə edərək çırpmağa davam edin.
Siropu hazırlamaq üçün qaynar suyu şəkər tozuyla qarışdıraraq əridin.
Üzəri üçün araxisi tavada və ya 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə qovurun. Daha sonra bıçaqla xırda doğrayın (çox xırda yox).
Korjları şəkərli siropla isladın. Kremin 3/4 hissəsini korjun üzərinə yaxın. İkinci korju üzərinə yerləşdirin və hər tərəfini kremləyin. Xırda doğranmış araxislə tortu bəzəyin və 4-5 saatlıq soyuducuya yerləşdirin (və ya 1 gecəlik).

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir