Sovet Dövrünün Məşhur Şirniyyatı-Soçniki

Yields: 1 Serving

Soçni və ya Soçniki -Sovet dövrünün çox dadlı və məşhur kəsmikli açıq peçenyeləridir.  Evdar.az asan hazırlanan dadlı və zərif peçenyenin reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 320 qr un
  • 1 ədəd yumurta ağı
  • 1 çay qaşığı qabartma tozu
  • 100 qr kərə yağı
  • 2 xörək qaşığı 15-20 %-lik xama
  • 100 qr şəkər tozu

İçlik üçün:

  • 200 qr 9 %-lik kəsmik
  • 2 xörək qaşığı un
  • 150 qr şəkər tozu
  • 1 xörək qaşığı xama

Üzəri üçün:

  • 1 ədəd yumurta

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə şəkər tozu, xama və yumurta ağını əlavə edib qarışdırın. Bir qabda un və qabartma tozunu qarışdırıb yumurtalı kütlənin üzərinə töküb xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb içliyi hazırlayana qədər kənara qoyun.
İçliyi hazırlamaq üçün bir qabda kəsmik, xama, vanil, un və şəkər tozu əlavə edib qarışdırın.
Dəzgahın üzərinə un səpib xəmiri 2-3 mm qalınlığında yayın. Stəkanın ağız hissəsiylə dairələr kəsib üzərinə içlik qoyun. Dairənin bir kənarını içliyin üzərinə örtüb kənarını bir az əlinizlə basın ki, peçenye açılmasın. Bu qaydayla kəsdiyiniz dairələri içliklə doldurub yağlı kağız sərilmiş soba sinisinə düzün. Peçenyelərin üzərinə yumurta yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə üzəri qızarana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir