Soyuq Avokado Şorbası

Yields: 1 Serving

Ümumiyyətlə, yayda isti şorbalara deyil, soyuq şorbalara üstünlük verilir. Soyuq avokado şorbası dadlı olduğu qədər də faydalı olduğu üçün əvəzolunmazlarınız arasında ola bilər. Evdar.az həm faydalı, həm də sərin avokado şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd əyetişmiş avokado
  • 2 ədəd xiyar
  • 2 stəkan qatıq
  • 20 budaq şüyüd
  • 10 yarpaq təzə nanə
  • Süd, ayran, kefir və ya qatıq suyu
  • bir çimdik duz

Hazırlanma qaydası:

Avokadoları orta hissəsindən ikiyə ayırıb, tumunu çıxarın. İçərisini qaşıq köməyi ilə çıxarın və blenderə tökün. Qabığı soyulmuş xiyarı böyük doğrayıb blenderə əlavə edin. Qatıq, duz, şüyüd və nanə yarpaqlarını da əlavə edin. İstədiyiniz mayeni əlavə edib blenderlə qatı bir konsistensiya olana qədər qarışdırın.  Hazır şorbanı kub formasında doğranmış avokado və ya xiyarla süfrəyə verə bilərsiniz. İstəsəniz doğranmış şüyüd də əlavə edə bilərsiniz.

Qeyd: Daha sərin olmağını istəyirsinizsə, soyuducuda 10 dəqiqə saxlaya bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir