Soyuqdəymənin Müalicəvi İçkisi – Atom Çayı

Soyuqdəymənin Müalicəvi İçkisi – Atom Çayı
Yields: 1 Serving Difficulty: Easy

Bitki çayları çox vaxt həyat xilasedici rol oynayır. Gərgin və stresli vaxtlarda, qış xəstəliklərində, yorğunluq zamanı bir stəkan bitki çayı içməklə özünüzə gələ bilərsiniz. Atom çayı təbii məhsullarla hazırlanan bitki çaylarından biridir. Son zamanlar məşhurlaşan Atom çayı mövsümündən asılı olmayaraq istənilən vaxt içilə bilən bitki çayı növüdür. Atom çayının möcüzəvi faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz.

Evdar.az atom çayının ev şəraitində hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 1 xörək qaşığı yamay istiotu
  • 2 ədəd zəncəfil
  • 2 ədəd darçın çubuğu
  • 1 çay qaşığı mixək dənələri
  • 1 ədəd alaqanqal gövdəsi
  • 1 qaşıq zərdəçal tozu
  • 5-6 hibiskus yarpağı
  • 1 qaşıq muskat qozu

Hazırlanma qaydası:

Dərin bir qazana yamay istiotu, zəncəfil,darçın çubuğu, mixək dənələri, alaqanqal gövdəsi, zərdaçal tozu, hibiskus yarpağı və muskat qozu tökün. Üzərinə təxminən 2 litr qaynar su töküb bir neçə dəqiqə qaynadın. 10 dəqiqə qaynadıqdan sonra ocağı söndürün. Çay hazırdır. İsti atom çayını soyuducuda saxlayıb soyuq halda da içə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.