Südə Allergiyası Olanlar Üçün Südsüz İspanaqlı Pankeyk

Yields: 1 Serving

İspanaqlı ləzzətli pankeyk (pancake) asanlıqla sağlam menyunun bir hissəsinə çevriləcək, çünki ispanaq yarpaqları çox miqdarda vitamin, zülal, lif, dəmir ehtiva edir və bişdikdə belə faydalı xüsusiyyətlərini saxlayır. Bu pankeyklər çox faydalıdır, çünki  əsasını super qidalar – ispanaq və banan təşkil edir. Xüsusilə südə allergiyası olan uşaqlar üçün bu pankeklər əvəzolunmaz olacaq. Evdar.az çox vaxt və səy tələb etmədən hazırlaya biləcəyiniz ispanaqlı və bananlı pankeykin reseptini təqdim edir.

Südsüz İspanaqlı Pankeykin tərkibi:

  • 2 ədəd yumurta
  • 1 dəstə ispanaq
  • 1 ədəd banan
  • 60 qr un
  • 1 çay qaşığı vanil ekstraktı
  • yarım çay qaşığı qabartma tozu

Südsüz İspanaqlı Pankeykin hazırlanma qaydası:

İlk öncə ispanağı yaxşıca yuyub qurudun və bananla birlikdə blenderdə əzin. Yumurtaların ağını sarısından ayırın. İspanaq və banan qarışığını bir qaba köçürün. Üzərinə yumurta sarısı və vanil ekstraktı əlavə edib qarışdırın. Daha sonra qabartma tozu ilə un əlavə edib qarışdırmağa davam edin. Başqa bir qabda yumurta ağını mikserlə yaxşıca çırpın. Çırpılmış yumurta ağını hissə-hissə ispanaqlı kütləyə əlavə edib qarışdırın. Kütlədən hər pankek üçün 2-3 xörək qaşığı götürüb əvvəlcədən isidilmiş yapışmayan tavaya yayın. Orta istilikdə qızılı rəng alana qədər hər iki tərəfli qızardın. Süfrəyə karamel, qaymaq və ya sevdiyiniz mürəbbə ilə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir