Suda Qaynatmadan 5 Dəqiqəyə Qarğıdalı Bişirməyin Qaydası

Yields: 1 Serving

Yay aylarının əvəzolunmazlarından qarğıdalını yemək üçün saatlarla suda qaynadırıq. Bəs su olmadan, qaynatmadan, 5 dəqiqəyə qarğıdalını bişirə biləcəyinizi bilirsinizmi? Evdar.az qarğıdalını 5 dəqiqəyə bişirməyin qaydasını təqdim edir.

Tərkibi:

  • qarğıdalı
  • duz
  • kərə yağı və ya bitki yağı

Hazırlanma qaydası:

İlk öncə qarğıdalının qabığını soyub yuyun( və ya qabığını soymadan bişirib, bişdikdən sonra qabığını çıxarın).1 ədəd qarğıdalını mikrodalğalı sobaya yerləşdirib 3,5-5 dəqiqə bişirin. Daha sonra bişən qarğıdalını sobadan dəsmal köməyi ilə götürün. Üzərini yağlayıb, duzlayıb yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir