İspanaq min bir dərdə dərman bir tərəvəzdir. Saysız-hesabsız faydası olan ispanaqdan ləzzətli şorba hazırlaya bilərsiniz. Üstəlik südlə şorbanın ləzzətinə ləzzət qatacaqsınız. Evdar.az dadına doyum olmayan, vitamin deposu südlü ispanaq şorbasının reseptini təqdim edir.
Südlü İspanaq Şorbasının tərkibi:
- 700 qr ispanaq
- 4 stəkan süd
- 2 xörək qaşığı un
- 1,5 stəkan su
- 1 ədəd baş soğan
- 1 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı duz
- 1 çay qaşığı istiot
- yarım çay qaşığı muskat qozu rəndəsi
Südlü İspanaq Şorbasının hazırlanma qaydası:
İlk öncə soğanı xırda doğrayın. Bir tavada soğanı ispanaqla birgə qovurun. Başqa bir tavada yağı və unu qovurun. Unun rəngi qızardıqda az-az südü əlavə edin. Su da əlavə edib ocağa bişməyə qoyun. Üzərinə qovurduğunuz ispanaq əlavə edib hamısınız birlikdə blenderlə əzin. Duz, istiot və miskat qozu rəndəsini də əlavə edib yaxşıca qarışdırın. Ocağın üstündə 5 dəqiqə qaynadıb isti-isti süfrəyə verə bilərsiniz. Şorbaya dad və görünüş vermək üçün bir neçə dilim qızardılmış çörəklə birgə süfrə verin.
Nuş Olsun!