Süfrələrə Ləzzət Qatan Sobada Qiyməli Göbələk Dolması

Yields: 1 Serving
Süfrələrinizə ləzzət qatacaq kiçik qəlyanaltılar hər kəs tərəfindən sevilir. Xüsusilə göbələk sevməyənlər belə bu ləziz dadı bəyənəcək. Evdar.az sobada qiyməli göbələk dolmasının reseptini təqdim edir.

Sobada Qiyməli Göbələk Dolmasının tərkibi:

  • 300 qr qiymə
  • 1 ədəd soğan
  • 2 ədəd yaşıl bibər
  • 1 ədəd pomidor
  • 1 diş sarımsaq
  • maye yağ
  • ədviyyat
  • zövqə görə duz

Sobada Qiyməli Göbələk Dolmasının hazırlanma qaydası:

İlk öncə tavada qiyməni yağda qovurun. Daha sonra üzərinə xırda doğranmış soğan əlavə edin. Biraz qovurduqdan sonra kiçik kub formasında doğranmış bibər əlavə edin. Kub formasında doğranmış pomidorları, xırda doğranmış sarımsağı və ədviyyatları əlavə edib daha 3 dəqiqə bişirib ocaqdan götürün. Göbələkləri yuyub və ya soyub gövdəsi kəsin. Limon suyu sıxılmış su hazırlayıb göbələkləri suda yarım saat saxlayın və süzün. Suyu süzülən göbələkləri azca duzlayın və hazırladığınız qiymə ilə doldurun. Doldurulmuş göbələkləri soba qəlibinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bir qədər yumşaq olana qədər bişirin. İstəyə görə üzərinə sürtgəcdən keçirilmiş  çedar (cheddar) pendiri səpin və pendir əridikdə sobadan götürüb isti halda süfrəyə verin.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir