Süfrənizə Rəng Qatacaq Kartoflu Rulet Salatı

Sufrenize Reng Qatacaq Kartoflu Rulet Salatı
Yields: 1 Serving

Süfrələrinizə rəng qatacaq, qonaqlarınızı təəccüblənidərəcək ləziz salat hazırlaya bilərsiniz. Evdar.az kartoflu rulet salatının reseptini təqdim edir.

Süfrənizə Rəng Qatacaq Kartoflu Rulet Salatının tərkibi:

  • 6 ədəd kartof
  • 1 çay qaşığı duz
  • 2 stəkan qatıq
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı mayonez
  • 1 çay qaşığı duz
  • 2 stəkan konservləşdirilmiş qarnir (qaynadılmış kartof, yerkökü və yaşıl noxud)
  • 1 stəkan xiyar turşusu
  • 1 stəkan qaynadılmış qarğıdalı dənəsi
  • 1/2 dəstə şüyüd

Süfrənizə Rəng Qatacaq Kartoflu Rulet Salatının hazırlanma qaydası:

Kartofları suda qaynadıb qabığını soyun. Soyuyan kartofları sürtgəcin xırda gözündən keçirin. Rəndələnmiş kartofların üzərinə duz əlavə edib qarışdırın. Dəzgahın üzərinə streç salafan sərib, üzərinə kartof püresini yayın və kənarlarını düzbucaqlı formada səliqəyə salın.
Başqa bir qabda qatıq, sarımsaqəzəndən keçirilmiş sarımsaq, mayonez və duz əlavə edib qarışdırın. Kartof püresinin üzərinə qatığı bərabər şəkildə yayın. Daha sonra konservləşdirilmiş qarniri (qaynadılmış və kub formasında doğranmış kartof, yerkökü və bişmiş yaşıl noxud) qatığın üzərindən hərtərəfli yayın. Üzərinə doğranmış xiyar turşusu və qaynadılmış qarğıdalı dənəsi səpin. Doğranmış şüyüdü də əlavə edib streç salafın köməyi ilə rulet forması verərək bükün. Kartoflu rulet salatını ən az 1 saat soyuducuda saxladıqdan sonra dilimləyib süfrəyə verin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir