Sürprizli “Şelkunçik” Peçenyesi

Yields: 1 Serving

“Şelkunçik” peçenyesinin içində qoz gizləndiyi üçün belə adlanır. Peçenyelər çox dadlı, xırtıldayan və yumşaq olur. Peçenyelərin ortasına isə müxtəlif içliklər qoymaq olar: üzüm qurusu, müxtəlif çərəzlər, bir parça şokolad və s. Və sonra sürpriz peçenyeyə çevriləcək! Evdar.az sürprizli “Şelkunçik” peçenyesinin reseptini təqdim edir.

Sürprizli “Şelkunçik” Peçenyesinin tərkibi:

Xəmiri üçün:

  • 3 ədəd qaynadılmış yumurta sarısı
  • 80 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 1-2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı xama
  • 1 çay qaşığı qabartma tozu
  • 1-2 paket vanil
  • 2 stəkan un

Bulamaq üçün:

  • 30 qr kərə yağı
  • 3 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı süd

Üzəri üçün:

  • 1 stəkan xırdalanmış qoz ləpəsi

Sürprizli “Şelkunçik” Peçenyesinin hazırlanma qaydası:

Xəmiri üçün ilk öncə qaynadılmış yumurta sarısı çəngəllə əzin. Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağını əlavə edib yaxşıca əzin. Şəkər tozu və xamanı da əlavə edib qarışdırın. Qabartma tozu, un və vanili ələyib xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın və orta hissəsinə qoz ləpəsi qoyub yuvarlayın. Bu qaydayla hər kündəyə qoz qoyub peçenyelər hazırlayın. Hazırladığınız kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Kiçik bir qazanda süd, şəkər tozu və kərə yağını qarışdırıb ocağa qoyub 3-5 dəqiqə qaynadın. Ocaqdan götürüb soyuması üçün başqa bir qaba köçürün. Bişən peçenyeləri bu qlazura bulayıb xırdalanmış qoz ləpəsinə batırın. Bu qaydayla qalan peçenyeləri də hazırlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir