- 250 qr kərə yağı
- 1 ədəd toyuq
- 200 qr zoğal axtası
- 3-4 ədəd soğan
- duz, istiot
- 3 xörək qaşığı qatıq
- 1 ədəd yumurta
Hazırlanma qaydası:
İlk öncə düyünü ilıq duzlu suda isladın. Başqa bir qabda toyuğu duzlu suda bişirin. Soğanı yarım halqa şəklində doğrayın və kərə yağında qızılı rəng alanadək qızardın. Üzərinə zoğal axtası əlavə edərək 2-3 dəqiqə daha bişirin. Zövqə görə duz və istiot səpin. Bişmiş toyuğun içərisinə zoğal axtalı soğan qarışığı doldurun. Zövqə görə istiot səpin.
Duzlu suda isladılmış düyünü qaynayan duzlu suda yarımhazır olana qədər bişirin və süzün. Plovu dəmə qoyacağınız qazanın dibinə yağ əlavə edib qızdırın. Bir qabda yumurta və qatığı birlikdə çırpın. Üzərinə süzülmüş düyüdən əlavə edib qarışdırın. Qazanın dibinə 1 sm qalınlıqda qazmaq yayın. Qazmağın üzərinə bir qədər düyü əlavə edin. İçi doldurulmuş toyuğu düyünün üzərinə yerləşdirin. Qalan düyünü toyuğun üzərinə tökün. Ən sonda plovun üzərinə ərinmiş kərə yağı əlavə edin. Hazırladığınız plovu vam odda 1 saat dəm almağa qoyun. Plov dəm aldıqda servis ediləcək qaba düyünü çəkin. Toyuğu qabın mərkəzinə qoyun və kənarlarını qazmaq və zoğal axtası ilə bəzəyin.
Nuş Olsun!