Təbii Antibiotik Təsiri Olan Şiveydiz Şorbası

Yields: 1 Serving

Qaziantep bölgəsinə aid olan Şiveydiz şorbası aprel və may aylarında təzə yaşıl sarımsaqla hazırlanır. Əsas tərkibi quzu əti və təzə sarımsaq olan bu şorba həm də zülal anbarı kimi tanınır. Soyuqdəyməyə yaxşı təsir edir. Dərman istifadə etmək əvəzinə bu şorbadan bir kasa içməklə bədəninizi bütün virus və bakteriyalardan qoruya bilərsiniz. Çox güclü və tamamilə təbii antibiotik təsiri olan bu şorba hazırda virusları məhv edəcək növdür. İmmuniteti də gücləndirən Şiveydiz şorbası tənəffüs yollarının təmizlənməsində də təsirlidir. Evdar.az faydalı Şiveydiz şorbasının reseptini təqdim edir.

Təbii Antibiotik Təsiri Olan Şiveydiz Şorbasının tərkibi:

  • 80 qr ət
  • 100 qr süzmə qatıq
  • 1/2 stəkan bişmiş noxud
  • 1 çay qaşığı un
  • 1/2 və ya 1/3 yumurta
  • 150 qr təzə sarımsaq
  • 120 qr göy soğan
  • duz
  • 1/2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı nanə qurusu

Təbii Antibiotik Təsiri Olan Şiveydiz Şorbasının hazırlanma qaydası:

İlk öncə ətləri doğrayıb bişirin. Bişən ətlərin üstünə doğranmış sarımsaq, soğan və bişmiş noxudu əlavə edib bişməyə qoyun. Bu müddətdə bir kasada qatığın üzərinə un və yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Ətin suyundan qatığa az-az əlavə edib tez-tez qarışdırın ki, çürüməsin. İstilənən qatığı qazana əlavə edib 5-6 dəqiqə qaynadın. Duzunu da əlavə edib qarışdırın. Başqa bir tavada yağı qızdırıb nanə əlavə edin. Nanəli yağı da şorbaya əlavə edib qarışdırın. Bu faydalı və ləziz şorbanı isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir