Tənbəl Üsulu Varenik

Yields: 1 Serving

Yemək bişirməyə vaxtı az olanlar üçün mükəmməl bir resept. Evdar.az tənbəl üsulu kəsmikli vareniklərin  reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr kəsmik
  • 1 ədəd yumurta
  • 5 xörək qaşığı un
  • bir çimdik duz
  • 1 xörək qaşığı şəkər tozu

Üzəri üçün:

  • xama
  • mürəbbə və ya cem

Hazırlanma qaydası:

Bir qabda kəsmiyin üzərinə yumurta, duz və şəkər tozu əlavə edib blenderlə qarışdırın. Üzərinə un əlavə edib qaşıqla qarışdırın. Dəzgahın üzərinə un səpib xəmiri uzun kolbasa forması verin. Xəmiri 1 sm qalınlığında hissələrə bölün. Hər hissəni una bulayın. Qazanda duzlu su qaynadın, varenikləri 4-5 dəqiqəlik qaynayan suya salıb sudan çıxarın. Bişən varenikləri boşqaba qoyub üzərinə xama və cem əlavə edin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.