Tənbəllər Üçün Pankek

Yields: 1 Serving

Yumşaq, zərif və çox dadlı pankek. Çox asan hazırlanan bu deserti səhər yeməyində süfrəyə şirin souslar, giləmeyvələr və ya şokoladla verə bilərsiniz. Evdar.az tənbəllər üçün pankekin reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan un
  • 2 stəkan süd
  • 2 ədəd yumurta
  • 4 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • 1/4 stəkan bitki yağı
  • 1 çay qaşığı söndürülmüş soda

Hazırlanma qaydası:

İlk öncə yumurta, duz və şəkər tozunu mikserlə və ya tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə 1 stəkan isti süd əlavə edib qarışdırın. Unu az-az əlavə edib qarışdırmağa davam edin. Bitki yağı da əlavə edib qarışdırın. Sodanı limon suyuyla söndürüb çırpılmış kütləyə əlavə edin və qarışdırın. Hazır kütləni 10 dəqiqə isti yerdə saxlayın. Daha sonra tavada iki tərəfli bişirin. Bişən pankekləri süfrəyə balla və ya təzə giləmeyvələrlə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.