Tərifəlayiq Ləzzətli Badımcan Yeməyi

Yields: 1 Serving

İndiyə kimi yediyiniz badımcan yeməklərini unutduracaq dad. Evdar.az həm görünüşü, həm də dadı ilə qəlbləri fəth edəcək ləzətli badımcan yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 4-5 ədəd iri badımcan
  • 300 qr qiymə
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 3 xörək qaşığı maye yağ
  • 1 xörək qaşığı un
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı sarıkök
  • 1/2 çay qaşığı istiot
  • 1/2 çay qaşığı şirin qırmızı bibər tozu

Sousu üçün:

  • 2 xörək qaşığı tomat pastası
  • 1/3 çay qaşığı duz
  • 2 xörək qaşığı maye yağ
  • 1 stəkan soyuq su

Hazırlanma qaydası:

İlk öncə badımcanları yaxşıca yuyun. İri, kök badımcanları orta hissəsindən ikiyə bölün. Badımcanı çevirib kənarına sapı eyni olan çəngəl və ya qaşıq yerləşdirin( düz kəsiər etmək üçün).Təxminən 1 sm enində,eyni istiqamətdə paralel kəsik edin. Daha sonra eyni qaydada digər tərəfini də kəsin. Bu kəsiklər açıldıqda romb şəklini alacaq. Bu qaydayla qalan badımcanları da kəsin. Dərin bir qaba 2 litr soyuq soyuq su və 1 xörək qaşığı duz əlavə edib qarışdırın. Badımcanları duzlu suya qoyub,üzərinə boşqab çevirin. Badımcanların acısı çıxsın deyə 10-15 dəqiqə duzlu suda saxlayın.

Bir qabda qiymənin üzərinə rəndlənmiş soğan,sarımsaq, duz, istiot, sarıkök, bibər tozu, maye yağ və un töküb yaxşıca qarışdırın. Badımcanları sudan çıxarıb mətbəx kağızıyla yaxşıca qurulayın. Hazırldadığınız qiyməli içliyi ara qatlarına doldurun. Yaxşıca doldurduğunuz badımcanları qızğın yağda tavada zəif odda hər iki tərəfli qızardın. Qızaran badımcanları soba sinisinə yerləşdirin. Sousu hazırlamaq üçün bir qabda tomat, maye yağ, soyuq su və duz töküb qarışdırın. Sousu soba sinisinə badımcanların üzərinə töküb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Zövqə görə bu qaydayla tavada qapağı şəkildə bişirə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.