Tavada Tərəvəzli Düyü Yeməyi

Yields: 1 Serving

Əgər həyatınıza müxtəliflik əlavə etmək istəyirsinizsə, o zaman bu yemək sizin üçündür. Düyü və tərəvəzin mükəmməl birləşməsindən ortaya yeni ləzzət çıxacaq. Evdar.az tavada tərəvəzli düyü yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd qırmızı soğan
  • 1 ədəd yerkökü
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 1 dəstə göy lobya
  • yarım banka konservləşdirilmiş qarğıdalı
  • 2 diş sarımsaq
  • 1, 5 stəkan düyü
  • 0,5 çay qaşığı sarıkök
  • duz, istiot zövqə görə
  • 4 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

İlk öncə düyünü yuyub süzün. Dərin bir tavada bitki yağını qızdırın. Soğanı kiçik kub formasında doğrayın. Sarımsağı da xırdalayın. Qızdırılmış tavada soğan və sarımsağı qovurun. Soğan bir az qızılı rəng olduqda üzərinə kiçik kub formasında doğranmış bolqar bibəri və yerkökü əlavə edin. Doğranmış göy lobyanı da əlavə edib 3 dəqiqə davamlı qarışdıraraq yüksək istilikdə qızardın. Duz, istiot, sarıkökü və qarğıdalı dənələrini də əlavə edib qarışdırın. Tərəvəz qarışığına yuyulub süzülmüş düyünü əlavə edib bir neçə dəqiqə qızardın ki, düyü yağı özünə çəksin. Düyünün qədərini ölçdüyünüz eyni stəkanla 3 stəkan su töküb qarışdırın. Su qaynamağa başladıqda ocağınistiliyini orta səviyyəyə endirib tavanın qapağını örtün. Su tamamilə çəkilib düyü bişənə qədər 10-12 dəqiqə bişirin. Tavanı ocaqdan götürün, yeməyi qarışdırın və qapağı örtüb 5 dəqiqə kənarda saxlayın. Daha sonra boşqablara bölüşdürüb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.