Tort Və Desertlər Üçün Ecazkar Bəzək-Şəkərlənmiş Çiçəklər

Yields: 1 Serving

Şəkər şərbətində və ya şəkərdə konservləşdirilmiş yeməli çiçəklər və ya yeməli çiçək ləçəkləri. Bunlar tortlar, desertlər bəzəmək üçün, meyvə salatlarının tərkib hissəsi və müstəqil bir desert kimi istifadə olunur. Evdar.az şəkərlənmiş çiçəklərin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • bir ovuc hər hansı bir yeməli çiçək
  • 1 ədəd yumurta ağı
  • şəkər kirşanı

Hazırlanma qaydası:

Lazım gələrsə, çiçəkləri ehtiyyatlı yuyun və çox yaxşı qurudun. Ləçəklər arasında boş yer olması üçün tumurcuqları bir az yayın. Bir qabda yumurta ağını çəngəllə yüngülcə çırpın. Sintetik nazik bir fırça götürün (3-4 nömrə) və çox dərinə batırmadan, ləçəklərin kənarlarına incə bir yumurta ağı qatını tətbiq edin. Bir neçə dəqiqə qurudun (daha çox şəkər tətbiq etmək istəyirsinizsə, daha bir qat yumurta ağıyla fırçalayın) və çiçəklərin yumurta ağı yaxılmış hissələrinə bərabər şəkildə şəkər kirşanını ələyərək səpin. Ləçəklərin və qönçələrin qalan hissəsini də bu qaydayla hazırlayın. Hazır çiçəkləri bir-birindən bir qədər məsafədə yağlı kağız sərilmiş bir dərgaha və ya dəmir torun üzərinə tqoyun. Bütün çiçəkləri düzdükdən sonra üzərinə yenidən şəkər kirşanı ələyin. Çiçəkləri quru yerdə 2 – 24 saat arasında saxlayın. Quruyan çiçəkləri desertləri və ya tortları bəzəmək üçün istifadə edə bilərsiniz.

Daha sonra şəkərli çiçəkləri yeyəcəksinizsə, aşağıdaki çiçəkləri seçməlisiniz.

  • qızılgül (qönçələri və ləçəkləri)
  • itburnu çiçəyi
  • bənövşə
  • yasemən gülü
  • nərgiz gülü
  • orxideya gülünün bəzi növləri
  • Anyutanın gözləri gülü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir