Tost Aparatında “Borucuq”(Truboçka) Şirniyyatı

Tost Aparatında Borucuq Truboсka Sirniyyatı
Yields: 1 Serving

Bir vaxtlar hər ailədə qatılaşdırılmış süd ilə belə borucuqlar bişirilirdi. SSRİ-nin dövründə hər bir mətbəxdə vafli borucuqlarını bişirmək üçün xüsusi forma olurdu. Əvvəllər ocaq üstündə qızdırılan aparatda bişirilən bu şirniyyatı artıq müasir formada, elektrikli vafli aparatında etmək daha asandır. Qonaqlarınıza xoş sürpriz etmək istəyirsinizsə, ancaq vafli aparatınız yoxdursa üzülməyə ehtiyac yoxdur. Tost aparatınız varsa bu mükəmməl şirniyyatı asanlıqla hazırlaya bilərsiniz. Evdar.az tost aparatında hazırlanan borucuq şirniyyatının reseptini təqdim edir.

Tost Aparatında “Borucuq”(Truboçka) Şirniyyatının tərkibi:

  • 3 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 1 çimdik duz
  • 100 ml süd
  • 100 ml əridilmiş kərə yağı
  • 200 qr un
  • 1 banka bişmiş. qatılaşdırılmış süd

Tost Aparatında “Borucuq”(Truboçka) Şirniyyatının hazırlanma qaydası:

Bir qaba yumurta, şəkər tozu və çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə süd, əridilmiş kərə yağı və un əlavə edib çırpmağa davam edin. Vafli aparatını qızdırın və 1 çömçə qaşıqla xəmirdən töküb qapağını örtün. Bişən vaflini tez rulet formasında büküb kənara qoyun. Xəmir isti halda bükülmləlidir. Bu qaydayla xəmir bitənə qədər borucuqlar bişirib hazırlayın. Bişmiş qatılaşdırılmış südü konditer torbasına töküb borucuqları doldurun. Zövqə görə kənarlarını xırdalanmış qoza bulaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir