Türk Mətbəxindən Qəlyanaltıların Şahı Haydari

Yields: 1 Serving

Türk mətbəxində əsas yeməkdən əvvəl verilən qəlyanaltılardan biri də Haydiridir. Evdar.az asan hazırlanan , dadlı Haydarinin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr ağ pendir
  • 200 qr süzmə və ya süzmə qatıq
  • 2 diş sarımsaq
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı nanə qurusu
  • 1/2 çay qaşığı duz
  • 1 xörək qaşığı çəkilmiş qoz (zövqə görə)
  • şüyüd

Hazırlanma qaydası:

İlk öncə pendir və süzməni bir qabda yaxşıca qarışdırın. Sarımsağı da xırda doğrayıb üzərinə əlavə edin. Zeytun yağını tavada qızdırın. Üzərinə zövqə görə çəkilmiş və ya çox xırda doğranmış qoz əlavə edin. Qoz əlavə etməyə də bilərsiniz. Qızdırılmış yağa nanə qurusunu da əlavə edib qarışdırın. Süzmənin üzərinə əlavə edib yaxşıca qarışdırın. Haydari qəlyanalatısını 3-4 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərinə şüyüd və zeytun yağı ilə bəzəyə bilərsiniz. Daha sonra süfərəyə ət yeməklərinin yanına və ya çörək üzərinə yaxaraq yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.