Türk Mətbəxinin Ən Dadlı Çökərtmə Kababı

Turk Metbexinin En Dadlı Cokertme Kababı
Yields: 1 Serving
Türk mətbəxinin ən dadlı kabablarından biri Çökərtmə kababıdır. Çökərtmə kababı Bodrum kababı kimi də tanınır. Yumşaq ət və xırtıldayan kartofun qarışığı ilə süfrəyə verilən kabab dadına baxanların əvəzolunmazına çevrilir. Evdar.az çökərtmə kababının reseptini təqdim edir.

Türk Mətbəxinin Ən Dadlı Çökərtmə Kababının tərkibi:

  • yarım kq mal əti biftek (bofile, antrikot və ya toyuq filesi)
  • 2 ədəd böyük ölçülü kartof
  • süzülmüş qatıq
  • sarımsaq
  • duz, istiot
  • zeytun yağı

Ətin marinadı üçün:

  • 1 armudu stəkan süd
  • 2 ədəd soğanın suyu

Sousu üçün:

  • 5-6 ədəd pomidor
  • 1 xörək qaşığı tomat pastası
  • zeytun yağı

 Türk Mətbəxinin Ən Dadlı Çökərtmə Kababının hazırlanma qaydası:

İlk öncə əti uzun zolaqlar şəklində kəsib dərin bir qaba qoyun. 2 ədəd soğanı xırda doğrayıb suyunu sıxıb ətlərin üzərinə əlavə edin. Soğan suyu və süd əlavə edib yaxşıca qarışdırın. Ən az 2 saatlıq soyuducuda saxlayın.

Kartofun qabığını soyub nazik formada dilimləyin. Daha sonra nazik dilimləri kirbit formasında doğrayın. Nazik kirbit kartofların nişastasının çıxması üçün soyuq suda saxlayın. Daha sonra suyunu süzüb mətbəx dəsmalıyla və ya kağız salfetlə qurulayın.

Sousu hazırlamaq üçün pomidorların qabığını soyub rəndələyin və tavada zeytun yağında bişməyə qoyun. Pomidorlar yüngül bir konsistensiyaya çatdıqda üzərinə bir qaşıq tomat pastası, duz və istiot əlavə edib bişirin.

Dərin bir tavaya duru yağ əlavə edib yaxşıca qızdırın. Qızğın yağa kibrit kartofları hissə-hissə töküb qızardın. Qızardılmış kartofların artıq yağı çəkməsi üçün kağız salfetin üzərinə yerləşdirin.
Süzülmüş qatığa sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edib qarışdırın.
Əti bişirəcəyiniz tavaya zeytun yağı əlavə edib marinə olunmuş ətləri düzüb bişirin. Ət hazır olduqda istəyə görə duz və istiot əlavə edib ocaqdan götürün. Servis edəcəyiniz boşqaba qızardılmış kartofları tökün. Üzərinə sarımsaqlı qatıq əlavə edin. Qatığın üzərindən ətləri düzüb sousu gəzdirin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir