Turş Dad Sevənlər Üçün Yaşıl Alça Şorbası

Turs Dad Sevenler Ucun Yasıl Alca Sorbası
Yields: 1 Serving

Yaz aylarının gəlişi bir çoxumuz üçün yaşıl alça mövsümünün başlaması deməkdir. Xüsusilə ilin çox az bir hissəsində doyunca yeyə biləcəyimiz bu ləzzətli meyvədən turşular hazırlanır və ya bir çox yeməklərə əlavə edilir. Alça şorbası turş dadı sevənlər üçün idealdır. Evdar.az mükəmməl yaşıl alça şorbasının reseptini təqdim edir.

Turş Dad Sevənlər Üçün Yaşıl Alça Şorbasının tərkibi:

  • 2 stəkan yaşıl alça
  • 1 xörək qaşığı un
  • 1 stəkan toyuq bulyonu
  • 3 stəkan (300 ml ) su
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığıduz
  • 1 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı nanə qurusu

Turş Dad Sevənlər Üçün Yaşıl Alça Şorbasının hazırlanma qaydası:

İlk öncə kərə yağını qazanda əridin və un əlavə edib qovurun. Qazana toyuq bulyonu və su əlavə edib qarışdırın. Qaynamağa başlayan şorbaya alçaları bütöv halda əlavə edin. Duz, istiot və nanə qurusu da əlavə edib daha 5 dəqiqə qaynadın. Şorbanın içərisindən 7-8 ədəd alçaları qaşıqla götürüb başqa bir qaba qoyun. Qaynayan şorbada ayrılan alça tumlarını da ehtiyyatla götürün. Əl blenderiylə şorbanı yaxşıca qarışdırın. Hazır şorbanı ocaqdan götürün və kənara ayırdığınız alçaları da şorbaya əlavə edib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir