Unsuz, Sobasız 4 Dəqiqəyə Dadlı Tort

Yields: 1 Serving

4 dəqiqəyə mikrodalğalı sobada unsuz tort hazırlaya bilərsiniz. Evdar.az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd banan
  • 2 ədəd yumurta
  • 35 qr kakao (6 xörək qaşığı )
  • 1 çay qaşığı qabartma tozu

Kremi üçün:

  • 80 qr kəsmik
  • 50 qr xama
  • 20 qr şəkər tozu və ya dadlandırıcı

Hazırlanma qaydası:

İlk öncə iki ədəd bananın qabığını soyub çəngəllə əzin. Üzərinə yumurtaları əlavə edib çəngəllə yaxşıca qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 6 xötək qaşığı kakao və qabartma tozunu əlavə edib topaq qalmayacaq şəkildə qarışdırın. Düzbucaqlı soba qəlibini hərtərəfli yağlayıb xəmiri tökün. Qəlibi 4 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin.
Kremi hazırlamaq üçün blenderlə kəsmik, xama və şəkər tozunu yaxşıca qarışdırın.  Mikrodalğalı sobadan götürdüyünüz korju qəlibdən çıxarıb soyudun. Daha sonra 2 bərabər hissəyə bölün. Orta hissəsindən də 2 hissəyə ayırın. 4 ədəd eyni ölçüdə korj alınacaq. Korjları kremləyib üst-üstə düzün. Tortun üzərini meyvə və giləmeyvələrlə bəzəyə bilərsiniz. Bu tortu kremin hopması üçün gözləməyə ehtiyac yoxdur. Dərhal yeməyə başlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.