Unsuz, Yağsız Dadlı və Faydalı Səhər Yeməyi

Yields: 1 Serving

Böyükdən kiçiyə hər kəsin sevdiyi sırniklər bir qayda olaraq yağda qızardılır. Pəhrizdə olanlar, yağlı və qızartma yeməyənlər üçün bu variantı təklif edirik. Evdar.az sobada dadlı və faydalı sırnik reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr kəsmik
  • 2 ədəd yumurta sarısı
  • zövqə görə vanil
  • 1 ədəd banan
  • 2 xörək qaşığı manna yarması

Hazırlanma qaydası:

Bir qabda kəsmiyi çəngəllə əzin. Üzərinə vanil, manna yarması və yumurta sarısı əlavə edib qarışdırın. Bananı da başqa bir qabda çəngəllə əzin və kəsmikli kütləyə əlavə edib yaxşıca qarışdırın. Kütlədən sırniklər hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.