Category: İçkilər, Uşaq Yeməkləri
Yields:
1 Serving
Uşaqlarınıza ləzzətli və faydalı bir südlü kokteyli hazırlayın. Bir stəkan kokteyl səhər yeməyini əvəz etməyə qadirdir. Evdar.az yalnız 3 məhsulla hazırlanan kokteylin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd banan
- 60 qr şirin peçenye (Yubileynoye və s.)
- 700 ml süd
- üzəri üçün qaymaq
Hazırlanma qaydası:
Bananın qabığını soyub dilimləyin. Blenderin qabına doğranmış banan dilimləri, peçenye və süd əlavə edib yaxşıca qarışdırın. Kokteyli badəyə töküb üzərini çırpılmış qaymaqla bəzəyin. Uşaqlar üçün kokteyl hazırdır.
Nuş Olsun!