Uşaqlar və Böyüklər Üçün Ləziz, Faydalı Brokkoli Kotleti

Usaqlar ve Boyukler ucun Leziz, Faydalı Brokkoli Kotleti
Yields: 1 Serving

Əgər ailəniz brokolini sevmirsə, onda bu ləzzətli kotletlər sizin üçün xilaskar olacaq. Evdar.az uşaqlar və böyüklər üçün faydalı və dadlı brokkoli kotletinin reseptini təqdim edir.

Ləziz, Faydalı Brokkoli Kotletinin tərkibi:

  • 1 ədəd böyük ölçülü brokkoli
  • 40 qr suxari tozu
  • 20 qr parmezan pendiri
  • 70 qr mozarella pendiri
  • 1 xörək qaşığı duz
  • 15 ml bitki yağı

Ləziz, Faydalı Brokkoli Kotletinin hazırlanma qaydası:

İlk öncə brokkolini çiçəklərə ayırın.Qazana su töküb qaynadın. Qaynayan suya duz əlavə edin və brokkolini suya töküb 5-8 dəqiqə yumşalana qədər bişirin. Daha sonra süzgəclə süzün ki, artıq mayesi süzülsün. Suyu süzülmüş yumşaq brokkoliləri bir qaba qoyub çəngəllə əzin. Üzərinə sürtgəcdən keçirilmiş parmesan pendiri əlavə edib qarışdırın. Brokkoli kütlələsindən götürüb orta hissəsinə bir kubik mozarella pendiri yerləşdirib kotlet forması verin. Bu qaydayla kotletlər hazırlayıb yağda 1-2 dəqiqə iki tərəfli bişirin. Bişən kotletləri isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir