Uşaqların Sevəcəyi Konfet Peçenyesi

Yields: 1 Serving

Qeyri-adi formasıyla uşaqların belə sevəcəyi dadlı peçenye resepti. Evdar.az konfet formalı peçenyenin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 350-400 qr un
  • 200 qr kefir
  • 4 ədəd yumurta sarısı
  • 250 qr yumşaq kərə yağı
  • 1 çay qaşığı qabartma tozu

İçlik üçün:

  • 3 ədəd yumurta ağı
  • 150 qr şəkər tozu
  • 50 qr xırdalanmış zo ləpəsi

Üzəri üçün:

  • 150 qr bişmiş qatılaşdırılmış süd
  • 20 qr kokos

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını unla ovun. Başqa bir qabda kefir, yumurta sarısı və qabartma tozunu qarışdırın. Unlu qarışığı kefirli qarışıqla birləşdirib xəmir yoğurun. Xəmiri streç salafana büküb 10-15 dəqiqə otaq temperaturunda saxlayın.
İçliyi hazırlamaq üçün yumurta ağını şəkər tozuyla yaxşıca çırpın. Xəmiri dəzgahın üzərinə 0,5 sm qalınlığında yayın. Xəmirdən diametri 10 sm olan dairələr kəsin. Hər dairənin içərisinə 1 çay qaşığı içlikdən və xırdalanmış qoz ləpəsi qoyub konfet formasında bükün. Bu qaydayla bütün konfetləri bükün və yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qzıdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən konfetlərin üzərinə bişmiş qatılaşdırılmış süd yaxıb kokos səpin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.