Vafli Aparatı Olmadan Xırçıldayan Vafli Borucuqları

Yields: 1 Serving

Uşaqlığımızın sevimli şirniyyatı vaflini hazırlamaq istəyirsiz, ancaq vafli aparatınız yoxdur? Dərd etməyin, tavada da dadlı və xırçıldayan vafli borucuqlarını hazırlaya bilərsiniz. Evdar.az tavada xırçıldayan vafli borcuqlarının reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr kərə yağı
  • 100 ml süd
  • 3 ədəd yumurta
  • çay qaşığı ucunda duz
  • 150 qr şəkər tozu
  • 200 qr un

Hazırlanma qaydası:

İlk öncə kiçik qazançaya kərə yağını tökün. Üzərinə süd əlavə edib zəif ocaqda yağ əriyənədək ilıdın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Bir qabda yumurtanın üzərinə duz və şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Ağarıb həcmi ikiqat artdıqdan sonra soyuyan südlü yağ kütləsini əlavə edin. Üzərinə unu da ələyib topaq qalmayana qədər yaxşıca qarışdırın. Hazır xəmirdən qızdırılmış tavaya 1 qaşıq töküb yayın. Vaflini iki tərəfli qızardın və isti halda borucuq kimi bükün. Daha sonra istədiyiniz krem və ya bişmiş qatılaşdırılmış südlə doldurub süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.