Vitamin Bombası Smuzi (Smoothie)

Vitamin Bombası Smuzi Smoothie.jpg1
Yields: 1 Serving

Smuzi (smoothie) içkisi sağlamlığına əhəmiyyət verən bir çox insanın atributu olaraq qalır. İdmançılar üçün onları formada saxlamağa kömək edir və əlavə enerji mənbəyidir. Arıqlamaq istəyənlər üçün isə güc verir, bədəni vitaminlərlə qidalandırır və pəhriz zamanı çox zəruri olan müsbət emosiyalar oyadır. Bu vitamin bombası smuzini həftədə 2 dəfə hazırlayıb içə bilərsiniz. Evdar.az vitamin bombası smuzinin reseptini təqdim edir.

Vitamin Bombası Smuzinin tərkibi:

  • 1 ədəd portağal
  • 1 ədəd yaşıl alma
  • 1 ədəd yerkökü
  • 1 ədəd limon
  • 2 çay qaşığı kətan toxumu
  • 2 stəkan su

Vitamin Bombası Smuzinin hazırlanma qaydası:

İlk öncə portağal, yerkökü və limonun qabığını soyun. Qabığını soyduqdan sonra iri formada doğrayın.Yaşıl almanın da çəyirdəyini təmizləyib dilimləyin. Blenderin qabına doğranmış portağal, limon, yerkökü, alma, kətan toxumu və su əlavə edib eynikütləni olana qədər blenderdən keçirin.Vitamin bombası smuzi hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir