Vitaminlə Zəngin Südlü, Brokolili Tərəvəz Şorbası

Yields: 1 Serving

Südlü brokoli şorbası tərkibindəki müxtəlif tərəvəzlər və süd sayəsində ləzzətli və vitaminlə zəngin bir yeməkdir. Evdar.az südlü və brokolili tərəvəz şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 1,5 stəkan süd
  • bir neçə budaq brokoli budağı
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd yerkökü
  • 2 xörək qaşığı un
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • qaya duzu, istiot, muskat qozu rəndəsi
  • 3,5 stəkan su (və ya ət suyu )

Hazırlanma qaydası:

Tərəvəzləri çox kiçik kublara doğrayın və eyni dərəcədə bişdirmək üçün yerkökü, daha sonra bibər və brokkolini qazana töküb 10 dəqiqə suda qaynadın. Başqa bir qazanda kərə yağını əridib üzərinə unu da əlavə edin. Unun qoxusu gedənə qədər azca qovurun. Qovrulmuş unun üzərinə soyuq südün hamısını bir dəfəyə əlavə edin və tez qarışdırın. Tərəvəz suyunu da əlavə edib qaynatmağa davam edin. Qaynayan şorbaya bişmiş tərəvəzləri əlavə edin. Üzərinə duz, istiot və muskat qozu rəndəsini də əlavə edin. Şorbanın dadını yoxlayıb 10 dəqiqə qaynadın. Bişən şorbanı ocaqdan götürüb 30 dəqiqə kənarda saxlayın. Daha sonra kasaya töküb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.