
Qlütensiz çörək– çölyak xəstələrinin, həmçinin qlüteni rasionundan çıxararaq özünü daha enerjili və yüngül hiss etmək istəyənlər üçün qidalanma alternativlərindən biridir. Bu çörəklər təkcə qlütenə qarşı həssaslığı olanlar üçün deyil, həm də sağlam həyat sürmək istəyən hər kəs üçün ideal seçimə çevrilib. Qatqısız, tamamilə təbii və qidalandırıcı tərkibləri ilə seçilir.
Bu çörəklər həzm sistemini dəstəkləyən, bağırsaq hərəkətlərini tənzimləyən və uzun müddət toxluq hissi verən yüksək lif tərkibi ilə tanınır. Liflə zəngin pəhrizin bir hissəsi olaraq qlütensiz çörəklərin istehlakı ürək-damar xəstəlikləri, həmçinin diabet və bəzi xərçəng növləri riskini azalda bilər. Bundan əlavə, bu çörəklər təbii olaraq dəmir, kalsium, maqnezium, fosfor, kalium və B vitaminləri kimi müxtəlif mikroelementlərlə zənginləşdirilə bilər ki, bu da onları qida baxımından zəngin, balanslaşdırılmış pəhrizin vacib hissəsinə çevirir.
Xərçəng Riskini Azaldan Qlütensiz Çörək
Tərkibi:
- 500 qr qlütensiz un
- 2 xörək qaşığı zeytun yağı
- 100 ml süd
- 200 ml su
- 1 çay qaşığı şəkər tozu
- duz
- yarım çay qaşığı maya
- kətan toxumu
- qara küncüt toxumu
- balqabaq toxumu
Qlütensiz Çörəyin hazırlanma qaydası:
Dərin bir qaba un, zeytun yağı, süd, su, şəkər tozu, duz və mayanı əlavə edib xəmir yoğurun. Xəmirin üzərini örtüb isti yerdə 45 dəqiqə saxlayın. Dördbucaqlı çörək qəlibinə yağlı kağız sərin. Xəmiri yağlı kağız sərilmiş qəlibə yayıb hamarlayın. Üzərinə süd yaxıb kətan toxumu, balqabaq toxumu və qara küncüt toxumuyla bəzəyin. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişib soyuyan çörəyi dilimləyib süfrəyə verə bilərsiniz.
Qlütensiz çörəyin saxlama müddəti, tərkibində əlavələr olmadığı halda ümumiyyətlə 2-3 gündür. Düzgün saxlama şəraitində bu müddət uzadıla bilər. Qlütensiz çörək sərin, quru yerdə saxlanmalıdır. Daha uzun müddət qalması üçün onu dilimləyib hava keçirməyən paketdə dondurucuda saxlamaq olar. İstifadədən əvvəl otaq temperaturunda saxlayın və ya bir qədər isitmək tövsiyə olunur. Təbii saxlama şəraiti çörəyin dadını qoruyur. Ancaq həmişə təzə bişirib istehlak etmək məsləhət görülür.
Ən dadlı çörək reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!