Xaçmaz Mətbəxinin Ləziz Yergüc Halvası

xacmaz metbexinin leziz yerguc halvasi
Yields: 1 Serving

Yergüc halvası – Quba-Xaçmaz zonasının ləziz təamlarından biridir. Bu dadlı halva həm ehsan süfrəsi, həm də ziyafətlər üçün hazırlanır. Evdar.az ləziz Yergüc halvasının reseptini təqdim edir.

Xaçmaz Mətbəxindən ləziz halva

Yergüc halvasının tərkibi:

  • 700 qr kərə yağı
  • 700 qr un
  • 300 qr şəkər tozu

Yergüc halvasının hazırlanma qaydası:

İlk öncə halvanı hazırlayacağınız tavada 700 qr kərə yağını əridin. Əridilmiş kərə yağının üzərinə unu hissə-hissə əlavə edib tel çırpıcıyla topaqlanmaması üçün dayanmadan qarışdırın. Unu az-az əlavə edib qızılı rəng olana qədər zəif odda qarışdırın. Ocağı söndürüb tavaya şəkər tozu əlavə edib qarışdırın. Hazır halvanı isti halda boşqablara bölüşdürün və soyuması üçün kənara qoyun. Soyuyan halvanı süfrəyə verə bilərsiniz. Bu halvanın özəlliyi bərk olmasıdır.

Ən dadlı halva reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir