Category: Toyuq Yeməkləri

Yields:
1 Serving
Toyuq yeməkləri çətin zamanların xilaskarıdır. Evdə konservləşdirilmiş yaşıl noxud və toyuq fileniz varsa qəfil gələn qonaq üçün tezbazar bişirə bilərsiniz. Evdar.az yaşıl noxudlu toyuq yeməyinin reseptini təqdim edir.
Yaşıl Noxudlu Toyuq Yeməyinin tərkibi:
- 2 ədəd toyuq filesi
- 2 stəkan yaşıl noxud
- 1 ədəd soğan
- 1 ədəd kartof
- 1 ədəd yerkökü
- 1 xörək qaşığı bibər pastası
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı duz
- maye yağ
Yaşıl Noxudlu Toyuq Yeməyinin hazırlanma qaydası:
İlk öncə toyuq filesini kiçik kub formasında doğrayın. Doğranmış fileni suyu çıxana qədər tavada bişirin. Üzərinə xırda doğranmış soğan, maye yağ və bibər pastasını əlavə edib bişirməyə davam edin. Kartof və yerkökünü kub formasında doğrayıb ətə əlavə edib qovurun. Konservləşdirilmiş yaşıl noxudu, duz və istiotu da əlavə edib qovurduqdan sonra üzərini örtəcək qədər qaynar su əlavə edib vam odda bişirin.
Nuş Olsun!