Xırçıldayan Çörəklərdə Zərif Julyen

Yields: 1 Serving

Çörəkdə julyen adi julyendən heç fərlənmir. Yeganə fərq odur ki, qəlibi yeyilir və çox dadlıdır. Bu dadlı yeməyi, qəlyanaltını həftəsonu və ya qəfil gələn qonağınız üçün tez hazırlaya bilərsiniz. Evdar.az xırçıldayan çörəklərdə zərif julyen reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd çörək (hamburger bulkası)
  • 5 ədəd göbələk
  • 1 ədəd toyuq filesi

Beşamel sousu üçün:

  • 400 ml süd
  • 4 xörək qaşığı un
  • 30 qr kərə yağı
  • duz, istiot

Üzəri üçün:

  • 100 qr holland pendiri

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini xırda kub şəklində doğrayın. Göbələyi də xırda doğrayın, pendiri rəndələyin. Tavada az yağda fileni qovurun. Göbələkləri də ayrıca yağda qovurun. Beşamel sousu hazırlayın. Südü qızdırın, üzərinə qaşıq-qaşıq un əlavə edin və tel çırpıcıyla qarışdırın. Sonda kərə yağı, duz və istiot əlavə edib yaxşıca qarışdın. Sous hazırdır. Bulkaların üstünü qapaq kimi kəsin və içini çıxarın. Bulkaların içərisinə sous yaxın və toyuq filesi ilə doldurun. Duz, istiot vurun və sous tökün. Üzərinə göbələk və yenə sous tökün. Ən üstə pendir töküb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.