Xızı Mətbəxindən Dağlıların Ləziz “Tutmac” Yeməyi

Xızı Metbexindən Daglıların Leziz Tutmac Yemeyi
Yields: 1 Serving

Xızı mətbəxinin unudulmaqda olan yeməklərindən biri də Tutmacdır. Tutmac Azərbaycanda “dağlıların xörəyi” kimi tanınır. Evdar.az Xızı mətbəxindən ləziz “Tutmac” yeməyinin reseptini təqdim edir.

Dağlıların Ləziz “Tutmac” Yeməyinin tərkibi:

Hədik üçün:

  • 400 qr buğda
  • 200 qr qırmızı lobya
  • 200 qr noxud
  • 200 qr lərgə
  • 200 qr qaragöz lobya
  • 200 qr qarğıdalı dənəsi
  • 200 qr yaşıl mərci

Xəngəl üçün:

  • un
  • su
  • duz

Göyərtilər:

  • keşniş
  • şüyüd
  • dağ keşnişi
  • çuğundur yarpağı

Ədviyyatlı, sarımsaqlı ayran üçün:

  • qatıq
  • su
  • sarımsaq
  • duz
  • nanə qurusu
  • əvəlik qurusu

Dağlıların Ləziz “Tutmac” Yeməyinin hazırlanma qaydası:

Hədiyi hazırlamaq üçün 7 dənli bitkini yaxşıca yuyub süzün. Paxlaları, qarğıdalını və buğdanı hər birini ayrı qazanlarda yumşalanadək qaynadın. Yaxşı bişən toxumları sudan ayırıb bir qabda birləşdirin.

Göyərtiləri hazırlamaq üçün keşniş, şüyüd, dağ keşnişi və çuğundur yarpağını yuyub süzün. Daha sonra dovğa göyərtisi kimi doğrayın.

Xəngəli hazırlamaq üçün bir qabda un, duz və su əlavə edib xəmir yoğurun. Xəmiri unlanmış dəzgahın üzərində lavaş böyüklüyündə yayın. Yaydığınız lavaşı xəngəldən bir az böyük olmaqla paxlava formasında doğrayın.

Ayranı hazırlamaq üçün dərin bir qabda qatığa bir az su əlavə edib qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş sarımsaq (zövqə görə çox və ya az), nanə qurusu, əvəlik qurusu və duz əlavə edib qarışdırın.

Yeməyi hazırlamaq üçün dərin bir qazana su doldurub qaynadın. Qaynayan suya ilk öncə hədik (bişmiş 7 dənli bitkiləri), daha sonra hissə-hissə doğranmış böyük xəngəlləri ( və ya əvvəlcədən kəsilib qurudulmuş ) əlavə edin. Doğranmış göyərtini də əlavə edib qarışdırın. Xörək bir az qatı halda olmalıdır. Bişmiş yeməyi boşqaba çəkib üzərinə sarımsaqlı ayran və nanə qurusu səpib isti halda süfrəyə verin.

Xızı Mətbəxinin Unudulmuş Yeməyi-Adriyalı Aşı

Ən dadlı yemək reseptləri Ən Dadlı Kulinariya Saytında!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir