Qarabağ mətbəxi o qədər zəngindir ki demək olar bu bölgəmizin hər şəhərinə bir neçə yemək növü düşür. Bu cəhətdən Xocalı da istisna deyil. Artıq Qarabağın bütün şəhərləri kimi Xocalı da azaddır. İnanırıq tezliklə əziz xocalılar öz doğma torpaqlarına qayıdaraq burada Xocalı mətbəxinin təamlarını bişirəcəklər. Evdar.az Xocalı Mətbəxinin Ləziz Toyuq Bozartmasının reseptini təqdim edir.
Xocalı Mətbəxinin Ləziz Toyuq Bozartmasının tərkibi:
- 1 kq toyuq əti
- 600 qr kartof
- 200 qr kərə yağı
- 200 qr soğan
- 40 qr keşniş
- 40 qr şüyüd
- 5 qr kəklikotu
- 800 ml toyuq bulyonu
- zövqə görə duz, istiot
Xocalı Mətbəxinin Ləziz Toyuq Bozartmasının hazırlanma qaydası:
İlk öncə tavada kərə yağını əridib toyuq tikələrini yağda yüngül qızardıb. Qızardılmış toyuq tikələrini tavadan götürüb eyni tavada yarım halqa doğranmış soğanları qovurun. Soğanları da tavadan götürüb 2 və ya 4 yerə bölünmüş kartofları yağda üzərinə kəklikotu səpib yüngül qızardın. Dərin bir qazana qızardılmış toyuq tikələri düzüb, üzərinə qızardılmış kartof, soğan, duz, istiot və toyuq bulyonu əlavə edib orta odda bişməyə qoyun. Bişən yeməyə doğranmış keşniş və şüyüd əlavə edib ocaqdan götürün. Hazır yeməyi süfrəyə verdikdə üzərinə kəklikotu səpin.
Nuş Olsun!