Category: Qəlyanaltılar, Uşaq Yeməkləri

Yields:
1 Serving
Bütün günü xoş əhval-ruhiyyə yaradan səhər yeməyi. Aktiv həyat tərzi sürən və balanslaşdırılmış pəhrizə riayət edənlər üçün klassik səhər yeməyi seçimi yulaf yarmasıdır. Bədəni enerji ilə doldurur və uzun müddət aclıq hissini aradan qaldırır. Evdar.az kokoslu və darçınlı yulaf sıyığının reseptini təqdim edir.
Xoş Əhval-Ruhiyyə Yaradan Səhər Yeməyi
Kokoslu və Darçınlı Yulaf Sıyığının tərkibi:
- 600 ml süd
- 1 xörək qaşığı şəkər tozu
- 8 qr vanil
- çimdik duz
- 65 qr yulaf yarması
- yarım çay qaşığı darçın tozu
- 1 xörək qaşığı kokos qırıntısı
Kokoslu və Darçınlı Yulaf Sıyığının hazırlanma qaydası:
Kiçik bir qazana südü tökün. Üzərinə şəkər tozu, vanil və çimdik duzu əlavə edib qarışdırın. Qazanı ocağa qoyub qaynamağa qoyun. Qaynamağa başlayan südə yulaf yarmasını əlavə edib qarışdırın. Darçın tozu və kokos qırıntısı da əlavə edib arabir qarışdıraraq bişirin. Bişən sıyığı fərqli təqdimatda süfrəyə verə bilərsiniz. Bunun üçün dekorativ stəkanlara və ya dondurma qablarına sıyığı bölüşdürün. Üzərini kokos qırıntısı və zəncəfilli peçenyeylə bəzəyin. Dadlı, tez və ətirli səhər yeməyi hazırdır.
Ən dadlı sıyıq reseptləri -Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!