Yalnız 3 Ərzaqla Hazırlanan Dadlı Ət Ruleti

Yields: 1 Serving

Həm uşaqların, həm də böyüklərin xoşuna gələcək yalnız 3 ərzaqla hazırlanan dadlı ət ruleti .Evdar.az asan hazırlanan dadlı ət ruletinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq qiymə
  • 100 qr bolqar bibəri
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 50 ml bitki yağı

Hazırlanma qaydası:

İlk öncə bolqar bibərini kiçik kub formasında doğrayın. Bir qabda yumurtanı tel çırpıcıyla çırpın. Üzərinə doğranmış bibər, duz və istiot əlavə edib qarışdırın. 20 sm ölçülü düzbucaq soba sinisinə yağlı kağız sərib hazırladığınız yumurtalı kütləni töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 10-15 dəqiqə bişirin.
Folqa kağızını düzbucaqlı şəkildə dəzgahın üzəinə sərin və qiyməni folqanın üzərinə yayın. Hamarlayın və duz, istiot səpin. Bolqar bibərli omleti ətin üzərinə yerləşəcək şəkildə səliqəyə salın. Daha sonra ətin üzərinə bibərli omleti rulet bükəcəyiniz formada yerləşdirin və yavaş-yavaş bükün. Rulet formasında bükdüyünüz qiymənin kənarlarını da folqa kağızıyla örtün. Ət ruletini soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Üzərinin qızarması üçün folqa kağızını çıxarıb daha 5 dəqiqə bişirin.
Bişən ət ruletini sobadan götürüb üzərinə yüngülvari ağır bir mətbəx əşyası yerləşdirin. Soyuduqdan sonra dilimləyib ketçupla birlikdə süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.