Yalnız 4 Məhsulla Bişməyən Dadlı Tort

Yields: 1 Serving

Şirniyyat həvəskarları üçün tortun bişmədən əla variantını təklif edirik. Xəmir qarışdırmağa, biskvit bişirməyə vaxtı olmayanlar üçün idealdır. Evdar.az ailəvi çay içmək və hətta bayram süfrəsi üçün mükəmməl desertin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr şokoladlı pryanik
  • 600 qr xama
  • 3 ədəd banan
  • 75 qr şəkər tozu

Hazırlanma qaydası:

Bir qabda xama və şəkər tozunu mikserlə və ya tel çırpıcıyla yaxşıca qarışdırın. Dərin bir qaba və keks qəlibinə streç salafan sərin. Pryanikləri iki hissəyə ayırın. Doğradığınız pryaniklərinin bir hissəsini streç salafan sərilmiş qaba yerləşdirin. Üzərinə xamalı krem tökün. Bananın qabığını soyub halqa formasında dilimləyin. Doğranmış banan dilimlərini bir qat kremin üzərindən düzün. Daha sonra pryaniklər və xamalı krem yaxın. Bu qaydayla məhsullar bitənə qədər üst-üstə düzün. Üzərini streç salafanla örtüb yüngülcə basın. Tortu 6 saatlıq soyuducuya yerləşdirin. Hazır tortu saatın tamamında soyuducudan götürün. Ehtiyyatla qəlibdən çıxarıb boşqaba yerləşdirin. Streç salafanı da çıxarıb tortun üzərini əzilmiş peçenye və ya əridilmiş şokoladla bəzəyin. Bananlı pryanikli mükəmməl tort hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.