Yapon Mətbəxindən Məşhur Onigiri (Düyü Topları)

Yapon Metbexinden Meshur Onigiri Duyu Topları
Yields: 1 Serving

Yapon mətbəxinin məşhur ləzzətlərindən biri olan Onigiri ağ düyü və nori ilə bükülmüş bir qəlyanaltıdır. Görünüşünə görə suşiyə bənzəyən Onigiridə bol ədviyyatlı qızıl balıq istifadə olunur. Ancaq mövsümdən asılı olaraq ton balığı və müxtəlif tərəvəzlərdən də istifadə etmək olar. Acı-turş qarışığı ilə hazırlanan Onigiri Uzaq Şərq ölkələrində çox məşhurdur. Evdar.az Onigirinin reseptini təqdim edir.

Yapon Mətbəxindən Məşhur Onigiri (Düyü Topları)-nin tərkibi:

  • 2 stəkan düyü
  • 1 vərəq nori (yeyilə bilən dəniz yosunu)
  • 80 qram qızıl balıq və ya tuna(ton balığı)
  • 6 stəkan su
  • 2 ədəd bişmiş yumurta
  • 5 xörək qaşığı düyü sirkəsi
  • 1 xörək qaşığı ispanaq tozu
  • 4 çay qaşığı şəkər tozu
  • 2 xörək qaşığı qovrulmuş küncüt toxumu
  • 3 çay qaşığı duz

Yapon Mətbəxindən Məşhur Onigiri (Düyü Topları)-nin hazırlanma qaydası:

İlk öncə qazana yuyulmamış düyü və su töküb düyü yumşalana qədər bişirin. Sıyıq kimi bişən düyünü bir qaba tökün. Üzərinə düyü sirkəsi, şəkər tozu və duz əlavə edib qarışdırın. İlıq olana qədər kənarda gözlədin. İlıq hala gələn düyünü 3 fərqli qaba bölüşdürün. Qabların birinə əzilmiş bişmiş yumurta, ikincisinə qovrulmuş küncüt, üçüncüsünə isə ispanaq tozunu əlavə edib qarışdırın. Bir ovuc yumurtalı düyüdən götürüb boşqabın üzərinə qoyun. Düyünü stəkanla basaraq yayın. Orta hissəsinə 1 çay qaşığı balıq yerləşdirin. Balığın üzərinə düyünü örtün və əllərinizlə üçbucaq şəklinə salaraq forma verin. Nori yarpağını istədiyiniz ölçüdə kəsin və onigirini örtün (dərhal yapışacaq). Qalan düyü qarışıqlarını da eyni bu qaydayla hazırlayıb nori yarpağıyla örtün (yarım hissəsini və ya bütöv şəkildə örtə bilərsiniz). Bükülən onigiriləri süfrəyə zəncəfil turşusu və ya soya sousu ilə birlikdə verə bilərsiniz. 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir