Yaşıl Noxudlu Avokado Paşteti

Yields: 1 Serving

Yaşıl noxudlu avokado paşteti şənlik və ya furşet süfrəsi üçün mükəmməl dadlı və faydalı qəlyanaltıdır. Bu paştet gündəlik menyunu şaxələndirməyə kömək edəcək. Evdar.az yaşıl noxudlu avokado paştetinin reseptini təqdim edir.

Yaşıl Noxudlu Avokado Paştetinin tərkibi:

  • 200 qr yaşıl noxud
  • 1 ədəd avokado
  • 1 xörək qaşığı limon suyu
  • 3 budaq təzə nanə
  • 3 budaq təzə ağ reyhan
  • yarım çay qaşığı duz
  • çay qaşığı ucunda istiot

Yaşıl Noxudlu Avokado Paştetinin hazırlanma qaydası:

İlk öncə yaşıl noxudu qabıqlardan təmizləyib yuyun və qaynar suya töküb 3 dəqiqə qaynadın. Daha sonra qaynar suyu süzüb lobyaların üzərinə buzlu su doldurub 3 dəqiqə saxlayın. Süzgəcə töküb suyunu süzün. Suyu süzülmüş yaşıl noxudları blenderin qabına tökün. Avokadonu yarıya bölüb tumunu çıxarın. Bir xörək qaşığından istifadə edərək avokadanı qabığından ayırıb  bir neçə hissəyə kəsin. Blender qabına avokadaları əlavə edib limon suyu səpin. Nanə və ağ reyhan yarpaqlarını yuyub blenderə əlavə edin. Duz, istiot da əlavə edib qatı bir konsistensiya halına gətirin. Ağ çörək bagetini 1 sm qalınlığında dilimləyin. Dilimləri 180 dərəcə qızdırılmış elektrik qrilə qoyun. Tostları qızılı rəngə qədər qızardın. Paştetə iki desert qaşığıyla forma verib qızardılmış tost çörəyinin üzərinə qoyun, təzə reyhan və ya nanə yarpaqları ilə bəzəyin. Hazır paşteti hazırladıqdan dərhal sonra süfrəyə verin. Çünki  çox saxladıqda iştahaçan yaşıl rəngini itirə və tündləşə bilər.

Əlavə qeyd:

  • Bu resept üçün dondurulmuş yaşıl noxud da istifadə edə bilərsiniz. Bu zaman lobyaları ağartmaq lazım deyil, üzərinə qaynar su tökmək kifayətdir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir