Yayın Əvəzolunmaz Dadı-Yemişli Dondurma

Yields: 1 Serving

Yayın qızmar istisində yemiş (qovun) dondurması ilə sərinləmək istərdinizmi? Yay aylarının ləzzətli meyvələrindən yemişdən dondurma hazırlayın. Meyvənin yüngüllüyü südlə qarşılaşdıqda ləzzətli bir dondurma resepti ortaya çıxır. Evdar.az hazırlanması son dərəcə asan və dadlı olan yemiş dondurmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd orta ölçülü yemiş
  • 1 paket qaymaq
  • 1 stəkan şəkər tozu
  • 1stəkan süd

Hazırlanma qaydası:

İlk öncə yemişin qabığını soyun və dilimləyin. Dilimlədiyiniz yemişi mətbəx robotunda
əzin. Kiçik bir qaba süd və şəkər tozunu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər qarışdırın və ocaqdan götürüb soyudun. Başqa bir qabda qaymağı mikserlə yaxşıca çırpın. Yaxşıca çırpdığınız qaymağın üzərinə soyutduğunuz şirin südlü qarışığı əlavə edin. Mətbəx robotundan keçirdiyiniz yemişi də əlavə edib çırpmağa davam edin. Geniş və donmağa dayanıqlı bir qaba töküb soyuducunun dondurucu rəfinə yerləşdirin. Bir saatdan bir çıxardıb qarışdırın. Bu prosesi dondurma tamamilə donana qədər ən az 4-5 dəfə təkrarlayın. Dondurmanı saatda bir dəfə dondurucudan çıxarıb qarışdırmaq buzlanmasının qarşısını alacaq və dondurulmasını asanlaşdıracaq. İstədiyiniz qatılığa çatdıqda dondurmanız hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.