Yayın Dadından Qışda Həzz Alın- Badımcanlı, Bibərli Leço

Yields: 1 Serving

Lecho (leço) Macar mətbəxinin klassik yeməyidir. Hər hansı digər adi yemək kimi, leçonun dəqiq bir resepti yoxdur və hər bir evdar qadın onu öz üsulu ilə hazırlayır. Bununla belə, şirin bolqar bibəri, pomidor və soğan leçonun əsas tərkib hissəsi olaraq qalır.

Hər kəsin sevimli qış hazırlıqlarından biri olan leçonu badımcanla hazırlayıb istənilən nahar və ya şam yeməyində süfrəyə verə bilərsiniz. Şorbalarınıza, ət yeməklərinin yanında qarnir kimi və digər yeməklərinizə leço əlavə edərək ilin istənilən vaxtında yayın dadından həzz ala bilərsiniz. Evdar.az dadlı və ətirli tərəvəz qəlyanaltısı kimi süfrəyə verə biləcəyiniz badımcanlı, bibərli leçonun reseptini təqdim edir.

Badımcanlı, Bibərli Leçonun tərkibi:

  • 1 kq pomidor
  • 500 qr qırmızı bolqar bibəri
  • 500 qr badımcan
  • 1 ədəd acı bibər
  • 1 xörək qaşığı duz
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı bitki yağı
  • 1 xörək qaşığı 9%-lik uksus

Badımcanlı, Bibərli Leçonun hazırlanma qaydası:

İlk öncə pomidorları və acı bibəri ətçəkən maşından keçirin. Qarışığı bir qazana töküb, üzərinə duz, şəkər tozu, yağ və sirkə əlavə edib qarışdırın. Qazanı ocağa qoyub qaynadın. Şirin bibər və badımcanları doğrayın. Tərəvəzləri də qaynayan pomidorlu kütləyə əlavə edin, qarışdırın və qapaq ilə örtün. Qaynamağa başlayan leçonu 10-15 dəqiqə bişirin. Sterilizə edilmiş bankalara doldurub qapağını yaxşıca bağlayıb kənara qoyun. Yaxşıca soyuyan leçonu sərin yerdə saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir