Yeməklərin Yanına Turşaşirin Ağ Gilas Turşusu

Yields: 1 Serving

Qışda yeməklərin yanına süfrəyə verəcəyiniz turşaşirin ağ gilas turşusu hazırlayın. Evdar.az ağ gilas turşusunun reseptini təqdim edir.

Tərkibi:

800 qramlıq banka üçün:

  • 2 kq ağ gilas
  • qaynar su
  • 1 xörək qaşığı giləmərzə və ya nanə qurusu (və ya reyhan qurusu)
  • 1 xörək qaşığı üzüm sirkəsi
  • 1 xörək qaşığı duz
  • 2 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə ağ gilasın saplaqlarını təmizləyib yuyun (ağ gilas bərk olmalıdır). Yuyulub süzülən ağ gilasları bankalara dolana qədər doldurun. Doldurduğunuz gilasların üzərinə banka dolana qədər qaynar su töküb qapağını yüngül örtün. 5 dəqiqə sonra o suları bir qazana tökün. Bankalara 1 xörək qaşığı giləmərzə (nanə qurusu və ya reyhan qurusu) tökün. Qazana tökdüyünüz suya hər banka üçün 2 xörək qaşığı şəkər tozu, 1 dolu olmayan xörək duzu və sirkə töküb ocağa qaynamağa qoyun. Qaynayan suyu bankalara töküb doldurun. Daha sonra qapağını möhkəm bağlayın. Bu qaydayla suları dolurub bankaları bağlayın. Bankaları 1 gecə yan üstə arabir çevirərək saxlayın. Turşaşirin turşu hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir