Yeni İl Bayramı Üçün Şam Ağacı Tortu

Yeni İl Bayramı Ucun Sam Agacı Tortu
Yields: 1 Serving

Yeni il masasında yeməklər, salatlar, şirniyyatlar şübhəsiz ki, bayramın mövzusuna uyğun olaraq bəzədilməlidir. Bu bəzəklər gözə xoş gəlir və əhval-ruhiyyəni qaldırır. Yeni il üçün şam ağacı tortu hazırlayaraq süfrədə bayram ab-havası yarada bilərsiniz. Evdar.az  Yeni il bayramı üçün şam ağacı tortunun reseptini təqdim edir.

Yeni İl Bayramı Üçün Şam Ağacı Tortunun tərkibi:

Naringili biskvit üçün:

  • 4 ədəd yumurta
  • 200 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 180 qr şəkər tozu
  • 2 xörək qaşığı bitki yağı
  • 2 ədəd naringi
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • bıçağın ucunda duz

İslatmaq üçün:

  • 100 ml portağal suyu
  • 2 xörək qaşığı likör

Kremi üçün:

  • 400 qr krem pendir
  • 3 xörək qaşığı qaymaq
  • 100 qr şəkər tozu
  • bıçağın ucunda vanil

Albalılı qanaş üçün:

  • 100 qr albalı
  • 100 qr ağ şokolad
  • 80 ml qaymaq

Şam ağacı üçün:

  • 200 qr kəsmikli pendir
  • 100 qr kərə yağı
  • 80 qr şəkər tozu
  • yarım çay qaşığı qida boyası

Yeni İl Bayramı Üçün Şam Ağacı Tortunun hazırlanma qaydası:

Albalılı qanaşı hazırlamaq üçün albalının tumlarını çıxarıb blenderlə əzin. Ağ şokoladı parçalara böüb bir qaba qoyun. Qaymağı isidib şokoladın üzərinə əlavə edib qarışdırın. Albalı qarışığını da şokoladın üzərinə əlavə edib otaq temperaturuna qədə soyudun. Daha sonra qabın qapağını örtüb 2 saatlıq soyuducuda saxlayın.

Naringili biskviti hazırlamaq üçün naringilərin qabığını soyun və blenderdə əzin. Mikserin qabına yumurta, duz və şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Üzərinə bitki yağı, naringi püresi, nişasta, un və qabartma tozunu əlavə edib qarışdırın. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dərəcə bişirin. Bişən biskviti dəmir torun üzərində soyudun və iki hissəyə bölün.

Kremi hazırlamaq üçün bir qabda krem ​​pendir, qaymaq, şəkər tozu və vanili töküb qarışdırın mikserlə yaxşıca çırpın.

Birinci korj qatını tortu yığacağınız boşqabın üzərinə yerləşdirin. Korju hazırladığınız qarışıqla ( portağal suyu və likör) isladın. Üzərinə hazırladığınız kremi yaxıb ikinci korj təbəqəsini də yerləşdirin. Tortu albalılı ganaş ilə örtün və 1 saat soyuducuda saxlayın.

Şam ağacı üçün kəsmik pendir, yumşaq kərə yağı və şəkəri qarışdırıb mikserlə yaxşıca çırpın. Ayrı bir qaba kremin bir hissəsini götürüb yaşıl rəngli qida boyası əlavə edib qarışdırın. Konditer torbasından istifadə edərək tortun üstünə hündür bir Şam ağacı qoyun. Fərqli rəngli dekorasiya əlavə edin. Ağacın üst hissəsini konfet və ya peçenye ilə bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir