Yeni İl Süfrəsinin Əvəzolunmaz Yeməyi-Sobada Hinduşka Qızartması

Yields: 1 Serving

Böyük həyəcanla gözlədiyimiz Yeni il nəhayət gəlib çatdı! Bu bayram gecəsində dadlı süfrə hazırlamaq istəyirsinizsə, doğru ünvandasınız. Yeni il süfrələri dedikdə ilk ağıla gələn dadlardan biri də Yeni il hinduşkasıdır. Bayram süfrəsinin əvəzolunmazı olan hinduşkanı bütöv bişirmək çox asandır. Evdar.az yeni il süfrəsi hazırlamaq istəyənlər üçün ən dadlı və asan Yeni il hinduşkasının reseptini təqdim edir.

Tərkibi:

  • 5 kq-lıq hind quşu (hinduşka)
  • 4 ədəd soğan
  • 4 ədəd yerkökü
  • 1/2 ədəd kərəviz
  • 1 dəstə cəfəri
  • 6-7 budaq təzə kəklikotu
  • 2 ədəd portağal
  • 8 diş sarımsaq
  • 250 qr kərə yağı
  • 500 ml toyuq bulyonu
  • duz, istiot

Hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə kəklikotu yarpağı, xırda doğranmış cəfəri, sürtgəcdən keçirilmiş 2 ədəd portağal qabığı, 4 diş əzilmiş sarımsaq və istədiyiniz qədər duz, istiot əlavə edib yaxşıca qarışdırın. Hinduşka döşünün dərisi və əti arasında ciblər yaratmaq üçün barmaqlarınızdan istifadə edin. Hazırladığınız kərə yağından götürüb ciblərə doldurun. Qalan ədviyyatlı kərə yağını hinduşkanın üzərinə yaxın. Hinduşkanın içərisinə bir ədəd soğan, ikiyə bölünmüş portağal və cəfəri saplağını yerləşdirin. Doğranmış soğan, yerkökü və kərəvizi bir soba sinisinə yayın. Üzərinə toyuq bulyonu əlavə edin. Tərəvəzlərin üstünə hinduşkanı yerləşdirin. Soba sinisini folqa ilə yaxşıca örtün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 2 saat bişirin. 2 saatdan sonra hinduşkanı sobadan çıxarıb folqanı açın. Siniyə yığılan suyu hinduşkanın üzərinə töküb yenidən bişməyə qoyun. Daha 1 saat 15 dəqiqə bişirin. Bişən hinduşkanın üzərini folqa ilə örtüb otaq temperaturunda 45 dəqiqə – 1 saat dincəldin.

Hinduşka Ətinin Yumşaq Olması Üçün Məsləhətlər

  • Hinduşkanı sobaya qoymazdan əvvəl 1 saat otaq temperaturunda dincəldin.
  • Hinduşkanın dağılmaması üçün istəsəniz ayaqlarından istiliyədavamlı iplə bağlaya bilərsiniz.
  • Bişirmə prosesində ehtiyac olmadıqda sobanın qapısını açmamalısınız. Eynilə tort bişirdiyiniz kimi!
  • Hinduşkanın yaxşı qızarması üçün kiçik bir qabda balı suda həll edin. Hinduşkanı sobadan çıxarmazdan 20 dəqiqə əvvəl ballı suyu üzərinə yaxın.

Hinduşka Ətini Bişirmək Üçün Nə Qədər Vaxt Lazımdır?

Reseptimizdə 5 kq-lıq hinduşkanın folqa ilə 2 saat, üstü açıq 1 saat bişirilməsini təklif etdik. Hinduşka 5 kilodan böyükdürsə, bişirmə müddətini hər kq üçün 45 dəqiqə artıra bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.