Yeni İl Süfrəsi Üçün İdeal Qəlyanaltı – Naringi Formalı Salat

Yields: 1 Serving

Qonaqlarınızı təəccübləndirəcək, həmçinin bayram ab-havası yaradacaq dadlı qəlyanaltı hazırlaya bilərsiniz. Evdar.az naringilərə bənzəyən bayram salatının reseptini təqdim edir.

Tərkibi:

  • 3-4 ədəd yerkökü
  • 2 ədəd yumurta
  • 150 qr bərk pendir
  • 2 diş sarımsaq
  • 200 qr toyuq filesi
  • 3-4 xörək qaşığı xama
  • zövqə görə duz
  • 7 ədəd mixək dənəsi
  • zövqə görə təzə ağ reyhan yarpağı

Hazırlanma qaydası:

Qəlyanaltınızın üç qatını ayrıca hazırlayın. Qaynadılmış bərk yumurtanın qabığını soyub sürtgəcin xırda gözündən keçirin. Pendiri də sürtgəcdən keçirib yumurtanın üzərinə töküb qarışdırın. Sarımsağı sarımsaqəzəndən keçirib qarışığa əlavə edin. Üzərinə 2 xörək qaşığı xama və duz əlavə edib yaxşıca qarışdırın.

Toyuq filesini bişənə qədər duzlu suda qaynadın. Əti bulyonunda soyudun, daha sonra mümkün qədər xırda doğrayın. Bir qabda doğranmış toyuq ətininin üzərinə 1 xörək qaşığı xama, duz və istiot töküb qarışdırın.
Toyuq kütləsindən 7 eyni top yuvarlayın. Ətin onlara yapışmaması üçün ovuclarınızı vaxtaşırı su ilə nəmləndirin.

Yumurta və pendir qarışığından 7 eyni (1,5 xörək qaşığı) ovuc içi boyda blinçiklər düzəldin. Hər blinçiklərin ortasına bir toyuq topu qoyun. Yumurta və pendir qarışığı ilə ət içliyini tamamilə örtərək bərabər toplara yuvarlayın.

Əvvəlcədən yerkökünü yumuşalana qədər bişirin. Tərəvəzi tamamilə soyudub qabığını soyun. Yerkökünü sürtgəcin xırda gözündən keçirin. Yerkökülü çüncü təbəqəsi üçün yerkökü kütləsinə hər bir toplara bulayın. Köklərə yapışqanlıq üçün bir az zeytun yağı əlavə edə bilərsiniz. Əllərinizlə hər topu eyni naringi formasına salın. Hazırladığınız naringiləri 30 dəqiqə soyuducuda soyudun, sonra naringilərin üzərinə mixək və reyhan yarpaqları əlavə edin. Yeni il qəlyanaltısı hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.