Yeni İl Süfrəsi üçün “Şam Ağacı”Kanape

Yields: 1 Serving

Yeni il süfrəsi üçün həm dadlı, həm də bayram ab-havası yaradan kanape hazırla bilərsiniz. Evdar.az şam ağacı formasında olan kanapenin reseptini təqdim edir.

“Şam Ağacı”Kanapenin tərkibi:

  • 100-150 qr bərk pendir
  • 1 dəstə şüyüd
  • zövqə görə ədviyyat qarışığı
  • 10 ədəd üçbucaq formalı əridilmiş pendir
  • 10 ədəd üzüm dənəsi

“Şam Ağacı”Kanapenin hazırlanma qaydası:

İlk öncə bərk pendiri eyni ölçüdə kub formasında kəsin. Şüyüdü də xırda doğrayın. Bir qabda şüyüdün üzərinə ədviyyat qarışığını əlavə edib qarışdırın. Üçbucaq formalı ərdirilmiş pendiri ədviyyatlı şüyüdə bulayın. Diş çubuqlarına və ya çöp şişlərə bərk pendir, sonra əridilmiş pendiri geniş tərəfi aşağıda olmaq şərtiylə düzün. Üzərinə üzüm dənəsi keçirin.Bu qaydayla kanapeni hazırlayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir