Yeni İl Üçün Tort Dekorasiya İdeyaları

Yeni 2024-cu İl Tort Dekorasiya İdeyaları;
Yields: 1 Serving

Tezliklə Yeni il gəlir! Bayrama tam hazırlaşmağın vaxtıdır. Bütün şirniyyatçılar artıq Yeni il desertlərini bəzəmək üçün ən aktual ideyaları axtarırlar. Qışın bütün atmosferasını və sehrini çatdırmaq üçün tortlar üzərində sənət əsərləri yarada bilərsiniz. Evdar.az 2024-cü il tort dekorasiya ideyalarını təqdim edir.

Yeni il Bento Tortları

Bu gün ən məşhur tortlar bento tortlarıdır. Və yeni ildə aktual olan tortlardan olacaq. Bu kiçik tortlar həm şirniyyatçıların, həm də müştərilərin ürəyini fəth etdi.  Bento tortu iki nəfərlik kiçik bir qrup və ya çox kiçik bir desertə üstünlük verənlər üçün əla seçimdir.

Şirniyyatçılar üçün bento tortları sadə və gözəl dizayn üçün əla seçimdir.

Bento tortlarını qış simvolları ilə də hazırlamaq olar: qar adamı, şam (yolka) ağacı, yeni il çələngi və s..

Mastikasız Yeni İl Tortları

Qeyri-adi tort dizaynı üçün mastikadan istifadə etmək lazım deyil. Mastikasız gözəl Yeni il tort dekorasiyası istəyirsinizsə bu ideyalar köməyinizə çatar.

Məsələn, rəsm bacarıqlarınız varsa, tortun üzərinə şəkil çəkə bilərsiniz:

Tortun Üzərində Yolka (Şam) Ağacları

Tortun üzərində  yolka ağacları – sadə, gözəl və zövqlü büdcə dekorasiyasıdır. Bunu etmək üçün yalnız bir vafli konus və yaşıl rəngli krem ​​lazımdır. İstəsəniz  yolka ağacı bəzəyi kimi səpmələr əlavə edə və ya qar yaratmaq üçün kokos qırıntıları səpə bilərsiniz. Bu Yolka ağacları ilə tort bəzəməyin nə qədər asan olduğuna baxın:

Şam ağacları merengi və ya şirin səpmələrlə (yeməli muncuqlar və s..) hazırlana bilər.

Bu dekorlardan hər hansı biri bayram atributlarıyla tamamlana bilər. Məsələn, mastikadan hazırlanan hədiyyə qutuları, şokolad topları və ya qar dənələri və digər dekorativ elementlər əlavə edə bilərsiniz.

Yolka (şam) Ağacı Tortu

Rəqəmlər, hərflər və ya ürəklər kimi formalı tortları yeni il üçün də hazırlaya bilərsiniz. Şam ağacı, çələng və ya zəncəfilli adam şəklində bir tort dekor edin. 

Və bu tortların başqa bir üstünlüyü istənilən dizayndır. Belə tortlar beze, krem, naringi, darçın, qurudulmuş portağal və hətta şam qozaları ilə bəzədilə bilər. Şam ağacı şəklində bir beze tortu çox qeyri-adi görünəcək!

Meyvələrlə Dekorasiya

Yeni il tortunun bəzəyində naringi, portağal, meyvə dilimləri, nar dənələrindən istifadə etmək olar. Bu elementlər Yeni il dekorasiyasına uyğun gəlir. Qurudulmuş portağal dilimləri, qabığı soyulmuş naringi və ya karamelizə edilmiş naringidən istifadə edə bilərsiniz.

Rozmarin Yeni il tortunun dekorasiyası üçün çox yaxşı seçimdir! Küknar budaqlarına bənzəyir. Üstünə şəkər tozu səpsəniz, qarla örtülmüş budaqlar əldə edəcəksiniz.

Yeni İl Tortları Üçün Şokolad Dekorasiyası

Şokolad dekorasiyası həmişəkindən daha aktualdır. Xüsusilə də Yeni il tortunun üzərindəki şokolad topları. Əgər siz təcrübəli şokoladçısınızsa, şokolad fiqurları hazırlamağa çalışın.

 

Mastika ilə Yeni İl Tortu

Mastika ilə Yeni il tortunun dekorasiyası gözəl ola bilər. Düzgün dekorasiya seçimini etmək vacibdir. Çox parlaq rənglərdən istifadə etməyin. Səliqəli, pastel tort dekorasiyası etmək daha yaxşıdır.

Məsələn, belə bir sevimli maral Yeni il süfrəniz üçün əla bəzək ola bilər!

Və ya böyük ölçülü bir fiqur edə bilərsiniz!

Peçenyeli tortlar

Tortlar peçenyelərlə bəzədilə bilər. Bu seçim çox sadədir. Şam ağacları, evlər və ya oyuncaqlar edə bilərsiniz. Qərar vermək sizin ixtiyarınızdadır!

Yeni İl Tortları

Yeni il üçün biskvit tortlarını bəzəmək üçün bu seçimlərdən istifadə edə bilərsiniz.

Muss Tortları

Mousse (muss) tortu Yeni il üslubunda bəzədilə bilər.

Candy Bar (Şirniyyat Şənliyi)

Biskvitiniz qalıb? Keyk popslar hazırlayın!

Yeni il kapkeykləri (cupcake) porsionluq desertlər üçün əla seçimdir.

Kapkeyklərlə yanaşı trayfl da hazırlaya bilərsiniz.

Yeni il marshmallowları

Və təbii ki, zəncəfilli peçenyelər. Zəncəfilli peçenye və ya zəncəfilli ev olmadan Yeni ili necə keçirmək olar?

Yeni İl süfrəsi üçün daha çox reseptlər və süfrə ideyaları haqqında bu bölməmizə keçid edərək oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir